Dünya futbolu
Karvaxal Premyer Liqaya üz tuta bilər

27.05.2026 | 18:00
Cari mövsümün başa çatması ilə “Real”la yolları rəsmən ayrılacaq, “qaymaqlılar”ın kapitanı, 34 yaşlı ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sports.az xəbər verir ki, Karvaxal “Çelsi”də çıxış edə bilər.
Belə ki, veteran futbolçuya maraq, “Real”ın keçmiş baş məşqçisi, yeni mövsümdən “Çelsi”nin sükanı arxasına keçəcək ispan mütəxəssis Xabi Alonsodan qaynaqlanır.
Son xəbərlər





























