“Kamaranın Azərbaycan millisi üçün üçün faydalı olacağını düşünürəm”

“Kamaranın Azərbaycan millisi üçün üçün faydalı olacağını düşünürəm”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə cəlb olunan Mustafa Kamara yığmaya faydalı olacaq.

Sports.az xəbər verir ki, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.

O, milli komandaya yeni dəvət olunan futbolçular barədə fikirlərini bölüşüb:

"Heyətdə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür. Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə heçnə demək olmaz. Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur. Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm".

Mütəxəssis Bakıda start verdikləri təlim-məşq toplanışı ilə bağlı danışıb:

"Bu gündən məşqlərə başladıq. Komandada ab-hava yaxşıdır. Hazırlığa yaxşı temlə start vermişik. İnanırıq ki, toplanışın sonuna qədər hər şey yüksək səviyyədə davam edəcək".

R.Eyyubov Türkiyədə keçirəcəkləri yoxlama oyunlarında maksimum nəticə qazanmaq istədiklərini bildirib:

"Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Lakin heç vaxt rəsmi matçlarla yoxlama görüşlərini ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq".

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

Son xəbərlər
“Milan”ın ulduzu Almaniya nəhənginə təklif edildi
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Toral “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Vest Hem” baş məşqçisinə etimad etdi
Millimiz Avropa çempionatına qələbə ilə başladı
Azərbaycan komandası Türkiyədə reqatada iştirak edəcək
Dumfris nəhənglərin maraq dairəsindədir
Boksçularımız Batumidə 5 medal qazandılar
Fabreqas “Komo”dan ayrılmayacaq
“Sabah” Şafranko ilə yollarını ayırdı
Qordon gələcəyi ilə bağlı seçim etdi
Millimiz Belarusdakı təlim-məşq toplanışını başa vurub
Premyer Liqada mövsümün məşqçisi açıqlandı
“Kamaranın Azərbaycan millisi üçün üçün faydalı olacağını düşünürəm”
Zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli oldu
“Roma” müdafiəçisi ilə əməkdaşlığını davam etdirəcək
“Bayer”in baş məşqçisi vəzifəsinə əsas namizəd məlumdur
Türkiyəli futbolçu karyerasını başa vurdu
Günün oyunları – TV
Millimiz AÇ-də mübarizəyə başlayır
Premyer Liqaya vəsiqə uğrunda oyun keçiriləcək
“Roma” icarəyə götürdüyü hücumçunu satın aldı
Liqa 1-in ən çox azarkeş toplamış klubu məlum oldu
Şmeyxel gələcəyi ilə bağlı qərar verdi
Səudiyyə Ərəbəsitanı Peşəkar Liqasında mövsümün oyunçusu məlum oldu
Qlasner “Kristal Pelas”dan qalib məşqçi qismində ayrıldı
“Liveprul”un müdafiəçisinin gələcəyinə aydınlıq gəldi
“Barselona” “Nyukasl”ın hücumçusuna görə təklif ünvanladı
Konfrans Liqasının qalibi bəlli oldu
Çimərlik güləşində 4 medalla Avropa çempionluğu
DAHA ÇOX

Ən çox oxunanlar