Digər
Millimiz Belarusdakı təlim-məşq toplanışını başa vurub

28.05.2026 | 14:30
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Sports.az xəbər verir ki, Avropa Liqasına hazırlığını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.
Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.
Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.
Son xəbərlər





























