Dünya futbolu
“Roma” icarəyə götürdüyü hücumçunu satın aldı

28.05.2026 | 11:00
“Roma” cari mövsümün sonuna qədər müddətə “Aston Villa”dan icarəyə götürdüyü niderlandlı mərkəz hücumçusu Doniell Maleni tamhüquqlu əsasda satın alıb.
Sports.az xəbər verir ki, Malen 2030-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “canavarlar”ın qulluğunda olacaq.
Bildirilir ki, keçid “Roma”ya 25 milyon avro məbləğ müqabilində başa gəlib.
Son xəbərlər





























