Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümünün son oyunu baş tutub.

Sports.az xəbər verir ki, çempionatın favoritlərindən sayılan "NTD-İndiqo" autsayder "Şəki" ilə qarşılaşıb və rəqibi üzərində 85:70 hesablı qələbəyə sevinib.

Bu qələbə ilə müntəzəm çempionatı ikinci sırada tamamlayan Xaçmaz təmsilçisi pley-offun yarımfinalına yüksəlib.

Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Rəşid Abbasov (15 xal, 6 ribaund), "Şəki"də Simeus Vebster (24 xal, 14 ribaund) olub.

Pley-offun 1/4 final oyunları ("Xəzri" - "Sərhədçi", "Xırdalan" - "Neftçi") may ayında start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar