UFC 2028-ci ilədək Bakıda!

UFC 2028-ci ilədək Bakıda!

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

Sports.az xəbər verir ki, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14,000-dən çox tamaşaçını bir araya gətirib:

"Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.

UFC rəhbərinin sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

"Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar".

Fərid Qayıbov UFC ilə çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

"İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə keçən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığımızı genişləndirərək "Fight Night" tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib:

"Bu ilki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək".

Son xəbərlər
Xulian Alvares keçid qiyməti haqda “Barselona”nı məlumatlandırdı
Bruno Fernandes “Mançester Yunayted”in cari mövsümə məqsədini açıqladı
Avarçəkənlərimiz İtaliyada xatirə turnirində iştirak edəcəklər
Veteranlar arasında Azərbaycan çempionatı keçirilib
UFC 2028-ci ilədək Bakıda!
Millinin heyətində dəyişiklik edildi
“Napoli” Lukakunu cərimələdi
PSJ-də ciddi itki
Premyer Liqanı tərk edəcək ilk komanda bilindi
Yüksək Liqada 17-ci turun təyinatları açıqlandı
Xorvatiyada 14-cü dəfə ilin futbolçusu seçildi
AMADA əməkdaşları WADA-nın beynəlxalq konfransında iştirak ediblər
Azərbaycan yığmasında yeni məşqçi təyinatı
Premyer Liqanın 29-cu turu rəqəmlərin gözü ilə
1-ci Liqada 23-cü turun təyinatları açıqlandı
2-ci liqa komandalarının cəzası açıqlandı
“Zirə” – “Neftçi” oyunu ilə bağlı cəzalar açıqlandı
“Volfsburq” “Vest Hem”in hücumçusu ilə maraqlanır
Nəbi İsgəndərov dünya kubokuna qələbə ilə başladı
“Lokomotiv”in ulduzu “Napoli”nin maraq dairəsindədir
Azərbaycanın daha beş güləşçisi AÇ-də mübarizəyə qoşulur
Bastoni “İnter”dən ancaq bir kluba görə ayrılacaq
Günün oyunları – TV
Qasperini “Roma” rəhblərliyinə tələb irəli sürdü
Qullit İtaliya yığmasının əsas fəsadını açıqladı
“Zirə” “Turan Tovuz”a qarşı
Son oyunda heç-heçə
“Fiorentina” səfərdə xal itirdi
“Qaziantep”dən darmadağın
“Milan” “Bayer”in müdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar