“Napoli” Lukakunu cərimələdi

“Napoli” futbolçusu Romelu Lukakunu cərimələyib.
Sports.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" məlumat yayıb.
32 yaşlı hücumçu aylıq maaşının təxminən 20 faizi məbləğində - 150 min avro cərimələnib.
Cəzaya səbəb Lukakunun rəhbərliyin razılığı olmadan təxminən 2 həftə klubdan uzaqda qalmasıdır. Neapola qayıtdıqdan sonra o, "Napoli"nin direktoru Covanni Manna ilə görüşüb. Daha sonra isə klub cərimə qərarı qəbul edib.
"Napoli" oyunçunun müvəqqəti olaraq Antverpenə getməsinə icazə verib, lakin daxili qaydaları pozduğuna görə maliyyə cəzasını qüvvədə saxlayıb.
Forvard əsas hücumçu rolunu oynamaq ümidi ilə "Napoli"yə qoşulsa da, mövsüm onun üçün yaxşı getmir. Lukaku zədə səbəbindən mövsümün əvvəlini buraxıb və cəmi bir neçə oyunda iştirak edib, 1 qol vurub.





























