“Heydər Əliyev kuboku”nun açılış mərasimi keçirilib

“Heydər Əliyev kuboku”nun açılış mərasimi keçirilib

17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. 

Sports.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, turnirinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar və qonaqlara Bakıda xoş istirahətlər arzulayıb.

“Heydər Əliyev kuboku-2026”nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna) Təşkilat Komitəsinə minnətdarlığını bildirib, gərgin döyüşlərin olacağına inam ifadə edib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.

185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Son xəbərlər
“Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması gülməlidir”
“Araz-Naxçıvan” “İmişli”yə qarşı - YENİLƏNİR
“Heydər Əliyev kuboku”nun açılış mərasimi keçirilib
Məmmədəliyevdən bürünc medal
“Real”da ulduz futbolçunun davranışından narazıdırlar
“Sabah”dan final seriyasında ikinci qələbə
“Tottenhem” “Mançester Yunayted”in hücumçusuna iddia edir
“Real”da daha bir itki
Rəşid üçün “Böyük Dəbilqə”də “bürünc” şans
PSJ “Olimpik”in hücumçusu uğrunda mübarizəyə qoşuldu
Hücumçusu “Brentford”dan ayrıla bilər
“Barselona”nın heç vaxt imzalamayacağı futbolçu məlum oldu
61 ildən sonra ölkə kubokunu qazandılar
Antonidən Neymar açıqlaması
“Real”ın daxilində xoşagəlməz ab-hava hökm sürür
Halkla müqavilə ləğv edildi
“Yuventus”un Levandovski ilə bağlı mövqeyi məlum oldu
“Real”da ayın oyunçusu açıqlandı
İki komanda A Seriyasını tərk etdi, “Venetsiya” elitaya yüksəldi
“Real”ın düşərgəsindən xoşagəlməz xəbər var
Məmmədəliyev mübarizəyə başlayır
Spalletti ayın ən yaxşısı seçildi
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Bu gün final seriyasının ikinci oyunu keçiriləcək
Günün oyunları – TV
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
“Malyorka”ya bir qol bəs etdi
“Lids”dən inamlı qələbə
“Leççe”dən səfər qələbəsi
“Beşiktaş”dan inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar