Digər
Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar

03.06.2026 | 15:20
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub.
Sports.az xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb.
İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar.
İkinəfərlik kayak qayığında Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışda gümüş medala layiq görülüblər.
Son xəbərlər




























