İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verildi

İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verildi

İranın futbol üzrə milli komandasının 2026-cı il dünya çempionatında iştirakı üçün viza verilib.

Sports.az xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibulahzadə bildirib.

Onun sözlərinə görə, Tehranın Ankaradakı səfirliyi ilə Meksika səfirliyi arasında əlaqələndirmə nəticəsində iyunun 3-də İran milli komandasının oyunçularına, texniki və inzibati heyətinə 2026-cı il dünya çempionatında iştirak üçün vizalar təqdim edilib.

Səfir deyib ki, milli komanda Türkiyənin Antalyadakı təlim-məşq düşərgəsində hazırlığın yekun mərhələsindədir:

"Ankaraya gedib-gəlmək ehtiyacının olmaması, həmçinin milli komandanın gündəlik məşqlərə, iyunun 4-də Mali yığması ilə keçiriləcək yoldaşlıq oyununa hazırlığa diqqətini cəmləməsi baxımından bu çox vacibdir".

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birgə G qrupunda yer alıb.

İran yığmasının mundialda iştirakı üçün oyunçulara və məşqçilər heyətinə ABŞ və Meksika vizalarının verilməsində problem yaranmışdı. İran nümayəndə heyəti turnirin gedişində ölkələrarası səfərlər edəcəyi üçün çoxgirişli vizalara ehtiyac duyur.

Son xəbərlər
Hansen Avropa nəhənglərinin diqqət mərkəzindədir
Millimiz Dünya Kubokunda pley-in mərhələsinə yüksəldi
“İnter” Maquayrla bağlı qərar qəbul etdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
Urbiq “Bayern”i tərk edə bilər
AGF-də tibbi məsələlərlə bağlı iclas keçirilib
Millimiz Çexiyaya qalib gəldi
“Real” cinah müdafiəçisi axtarışındadır
Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verildi
İngiltərə nəhəngləri “Milan”ın ulduzu ilə bağlı sorğu ünvanladılar
AFFA üç kluba texniki məğlubiyyət verdi
FIBA-nın milli təlimçisi Bolqarıstanda seminarda iştirak edib
PSJ “Vest Hem”in yarımmüdafiəçisini hədəfə aldı
Onur Quluzadə üçün İsveç sınağı
Millimiz Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq
“Tottenhem” müdafiəçisini “Real”a buraxmayacaq
AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi
Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar
“İnter” “Atalanta”nın cinah hücumçusu uğrundan mübarizəyə qoşuldu
“Gəncə”dən Ukrayna millisinə
Günün oyunları – TV
Dünyanın ən bahalı yarımmüdafiəçisi açıqlandı
Kyezanın niyyəti məlum oldu
Millimiz Dünya Kubokunda daha iki oyun keçirəcək
“İnter” müdafiəçisinə yeni müqavilə təklif etdi
“İnter” qapçı mövqeyi ilə bağlı qayğılıdır
Millimizin Macarıstanla oyununa hakim təyinatları açıqlandı
Dünyanın ən bahalı hücumçuları açıqlandı
“Zalsburq”un gənc istedadı “Milan”a keçmək istəmir
DAHA ÇOX

Ən çox oxunanlar