“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.

Sports.az xəbər verir ki, bu gün 7 oyun baş tutub.

“Vest Hem”in qonağı olan “Liverpul” yenə xal itirib. “Aston Villa” - “Çelsi” matçında da oxşar nəticə qeydə alınıb. “Fulhem” - “Kristal Pelas” və “Mançester Yunayted” - “Börnli” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Nyukasl” “Şeffild Yunayted”i böyük hesabla məğlub edib. “Vulverhempton” “Luton Taun”la, “Everton” da “Brentford”la ev oyunlarından qalib ayrılıb.

İngiltərə Premyer Liqası
35-ci tur

27 aprel

Vest Hem – Liverpul 2:2
Qollar: Bouen, 43. M.Antonio, 77 – Robertson, 48. Areola, 65-öz qapısına.

Fulhem – Kristal Pelas 1:1
Qollar: Rodriqo Munis, 52 – Şlupp, 87.

Mançester Yunayted – Börnli 1:1
Qollar: Antoni, 79 – Amduni, 87-pen.

Nyukasl – Şeffild Yunayted 5:1
Qollar: A.İsak, 26; 61-pen. B.Gimarayns, 26. Osborn, 65-öz qapısına. K.Uilson, 72 – Ahmedhodziç, 5.

Vulverhempton – Luton Taun 2:1
Qollar: Hvanq, 39. Toti, 50 – Morris, 80.

Everton – Brentford 1:0
Qol: Qeye, 60.

Aston Villa – Çelsi 2:2
Qollar: Kukurelya, 4-öz qapısına. Rocers, 42 – Madueke, 62. Qallaxer, 81.

28 aprel

17:00. Bornmut – Brayton
17:00. Tottenhem – Arsenal
19:30. Nottingem Forest – Mançester Siti

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar