“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.

Sports.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.

46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın “Marsel”i olub. Daha öncə o, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay Port”, və “Akademika”nın sükanı arxasında olub.

Qeyd edək ki, hazırda “Portu” 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider “Sportinq”dən 18 xal geri qalır.

Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar