Dünya futbolu
Rahil Məmmədovun komandası darmadağına üzüldü
28.04.2024 | 14:00
Polşa çempionatında 30-cu turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Qornik”lə qarşılaşıb və 1:4 hesabıyla uduzub.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS hazırda 21 xalla sonuncu pillədə qərarlaşıb.