MS Amorimin MY-yə mümkün keçidi haqda nə düşünür?

“Mançester Siti” Lissabon “Sportinq”inin portuqal çalışdırıcısı Ruben Amorimi, “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiolanın əvəzedicisi hesab etmədiyini iddia edib.

Sports.az xəbər verir ki, “Mançester Siti” rəhbərliyinin, gələn yay “şəhərlilər”lə müqavilə müddəti başa çatacaq ispan mütəxəssis Xosep Qvardiolanı məhz Ruben Amorimlə əvəzləmək niyyəti olmayıb.

Xatırladaq ki, əvvəllər Britaniya mətbuatının bir çox dərgiləri portuqal çalışdırıcını “Mançester Siti” ilə əlaqələndirirdi. Daha əvvəl xəbər yayılıb ki, “Mançester Yunayted” Amorimlə müqaviləni vaxtından əvvəl pozması üçün “Sportinq”ə 10 milyon avro məbləğində təzminat ödəməyə hazırdır. Bildirilir ki, portuqal mütəxəssis və “qırmızı şeytanlar” daha bir il müddətinə uzadılması ehtimalı ilə iki illik müqaviləyə razılaşıblar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar