Tacik futbolçudan yeni dünya rekordu

Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Sports.az xəbər verir ki, 16 yaşlı futbolçu bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Qollardan 14-nə müəlliflik edən M.Nəzriyev FIFA-ya daxil olan federasiyaları təmsil edən millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

Əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 qol vurmuşdu.

J qrupunda Quam, Oman və Sinqapur yığmaları ilə mübarizə aparan Tacikistan 9 xalla liderdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar