“Reyncers”də yeni baş məşqçi

Şotlandiyanın “Reyncers” klubunun yeni baş məşqçisi məlum olub.

Sports.az xəbər verir ki, paytaxt təmsilçisini Maykl Bil çalışdıracaq. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı ingilis mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Son iş yeri İngiltərənin KPR klubu olan Maykl Bil “Reyncers”in baş məşqçisi postunda Covanni van Bronkhorstu əvəz edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar