Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

Qadın voleybolçulardan ibarət yığmamızın hücumçusu Marqarita Stepanenko Macarıstan birinciliyində bürünc medal qazanıb.

Sports.az xəbər verir ki, voleybolçumuzun komandası “Bekescsaba” üçüncülük uğrunda “MAV Elöre” klubunu 5 oyunluq seriyada 3:2 məğlub edərək Macarıstan çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Marqarita bu mövsümdə həmçinin Macarıstan kubokunda gümüş medal qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar