Dünya futbolu
“Atletiko” Niko Qonsaleslə bağlı sövdələşmək niyyətindədir

20.04.2026 | 17:00
Məlum olduğu kimi, “Yuventus”un argentinalı sol cinah hücumçusu Niko Qonsales cari mövsümün sonuna qədər müddətdə Madrid “Atletiko”sunun uğurları üçün çalışır.
Sports.az xəbər verir ki, “döşəkçilər” Qonsalesi tamhüquqlu əsasda satın almaq istəyirlər.
Amma “Atletiko” nəzərdə tutulmuş 32 milyon avro məbləğində ödənişlə bağlı “Qoca Sinyora” ilə sövdələşib, endirimə nail olmaq niyyətindədir.
Son xəbərlər





























