Dünya futbolu
Vüsalın qolu qələbə üçün yetərli olmadı

20.04.2026 | 17:40
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Super Liqasında 32-ci turun oyununa çıxıb.
Sports.az xəbər verir ki, sözügedən komanda evdə “Bilis”lə qarşılaşıb.
"Partizani" bu oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. İsgəndərli meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 19-cu dəqiqədə (penaltidən) azərbaycanlı futbolçu vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Partizani" 45 xalla 5-ci yerdədir.
Son xəbərlər





























