Flikdən Yamalın zədəsı haqda açıqlama

Flikdən Yamalın zədəsı haqda açıqlama

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik dünən “Selta” ilə oyunda zədələnən Lamin Yamal barədə danışıb.

İspaniyalı vinger qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş dəqiqələrdə zədə səbəbindən əvəzlənib. O, bundan az əvvəl isə penaltini dəqiq yerinə yetirərək matçın yeganə qolunu vurmuşdu.

Sports.az xəbər verir ki, almaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında dəqiq diaqnozu sabah (bu gün) biləcəklərini söyləyib:

“Sabah dəqiq diaqnozu biləcəyik, ona görə, gözləməliyik. Yamal bizim üçün çox vacib oyunçudur, eyni sözləri Joao Kanselo haqqında da deyə bilərəm. Təəssüf ki, belə hallar olur. Yamal zədəlidir, Kanselo da həmçinin. Rafinya, Mark Bernal və Andreas Kristensen isə daha əvvəl sıradan çıxıb. Zədə alan futbolçulara həmişə üzülürəm – onların nələr yaşadığını bilirəm”.

“Barselona” mayın 10-da “Real”ı qəbul edəcək və Yamalın bu vacib “el klasiko”nu buraxmaq ehtimalı var.

Son xəbərlər
“Fiorentina”nın qapıçısı “Yuventus”a keçə bilər
Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək
Azərbaycan yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşdi
“Milan”ın yay transfer bazarlığına ayırdığı məbləğ məlum oldu
De Yonqdan rekord
Tramp İranın əvəzinə İtaliya millisini istəyir
“Neftçi”də yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi!
Flikdən Yamalın zədəsı haqda açıqlama
“Hər iki çempionluğum mənə əzizdir” - Qurban Qurbanov
Azərbaycanın iki güləşçisi AÇ-də yarımfinala yüksəldi
Artetanın oğlu “Arsenal”da debüt etdi
Premyer Liqanı tərk edəcək ikinci komanda bəlli oldu
“Zalsburq”un bosniyalı istedadı A Seriyasına keçə bilər
Nəriman qələbəni kənardan izlədi
Yamal zədələndi
“Yuventus”un “vuran ayağı” “Bayern”ə keçə bilər
“Tarixi uğurumu qızıma həsr edirəm”
“Səhvi başqalarında axtara bilmərəm”
PSJ-nin yay transfer planı məlum oldu
“Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
“Biz onunla yenidən qarşılaşacağıq”
MS PSJ-nin yarımmüadafiəçisini satın almağı hədəfləyib
PSJ “Vest Hem”in yarımmüdafiəçisi ilə maraqlanır
20-cini vurdu, 30-cu oldu
Erkən boşalma
Nəbi İsgəndərovdan Dünya Kubokunda növbəti qələbə
“Abşeron Lions” “Neftçi”yə qarşı
Günün oyunları – TV
Daha 4 qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır
Yüksək Liqada 17-ci turun oyunları keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar