Dünya futbolu
Tramp İranın əvəzinə İtaliya millisini istəyir

23.04.2026 | 17:20
ABŞ prezidenti Donald Tramp İran millisi əvəzinə İtaliya yığmasını yayda keçiriləcək dünya çempionatında oynamağa dəvət etməyi düşünür.
Sports.az xəbər verir ki, bu fikir FİFA prezidenti Canni İnfantino da daxil olmaqla, italiyalı bəzi rəsmilərinin xoşuna gəlib.
Tramp bu yaxınlarda bu ehtimalı dostu, nüfuzlu italiyalı iş adamı Paolo Zampolli ilə müzakirə edib. Prezident belə bir jestin ona İtaliyanın baş naziri Corciya Meloni kimi siyasi müttəfiq qazanmağa, eləcə də, ümumiyyətlə, amerikalıları sevməyən italiyalıların gözündə ABŞ-ın imicini yaxşılaşdırmağa kömək edə biləcəyinə inanır.
ABŞ-la İran arasında bir müddətdir ki, hərbi münaqişə davam edir.
Son xəbərlər





























