Dünya futbolu
Flik Bastoniyə əngəl oldu

18.05.2026 | 10:00
“İnter”in italyan mərkəz müdafiəçisi Alessandro Bastoninin “Barselona”ya keçidi baş tutmaya bilər.
Sports.az xəbər verir ki, “blauqrana”nın baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flik italyan müdafiəçini özünün taktiki görüşlərinə uyğun görmür.
Vurğulanır ki, “Barselona”nın maliyyə çətinlikləri mənzərəsində müvafiq məqam, söhbətə qoyulmuş nöqtə təsiri bağışlayır. Yəni “Barselona” Bastoninin satın alınması ilə bağlı məsələyə son vermək üzrədir.
Son xəbərlər





























