Dünya futbolu
“Mançester Siti” “İnter”in trnasfer hədəfinə göz dikdi

18.05.2026 | 23:15
Məlum oluğu kimi, “İnter” “Atalanta”nın oyunçusu, cari mövsümün sonuna qədər müddətə “Kalyari”yə icarəyə verilmiş 21 yaşlı italyan sağ cinah müdafiəçisi Marko Palestra ilə maraqlanır.
Sports.az xəbər verir ki, gənc futbolçuya müvafiq marağını həmçinin “Mançester Siti” ortaya qoyub.
Vurğulanır ki, “İnter” Palestra müqabilində 40 milyon avro məbləğində ödəniş təklif etməyə hazırdır. Amma “Mançester Siti” Palestra uğrunda mübarizəyə qoşularsa, gənc futbolçunun transfer qiyməti 50-60 milyon avro məbləğ civarına yüksələcək.
Son xəbərlər





























