Ədalətli oyun sahəsində fərqlənənlər MOK-da mükafatlandırılıblar

Ədalətli oyun sahəsində fərqlənənlər MOK-da mükafatlandırılıblar

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında qurumun Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.

Sports.az xəbər verir ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, millət vəkilləri, MOK-un İcraiyyə Komitəsinin, eləcə də Atletlər Komissiyasının üzvləri, olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Avropa Olimpiya Komitələri (EOC) prezidenti Spiros Kapralosun Avropa Ədalətli Oyunlar Hərəkatına ünvanladığı, ədalətli oyun prinsiplərinin inkişafı və təşviqinə dair video müraciəti nümayiş olunub. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsində Ədalətli Oyunlar Komissiyasının artıq 28 ildir fəaliyyət göstərdiyini xatırladıb:

"Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda Ədalətli Oyunlar Komissiyası Avropada ilk yaranan komissiyalardan biridir. 28 il əvvəl - 1998-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə MOK-da ilk belə komissiya yaradılıb. Son illərdə bu mükafatlar Dünya Ədalətli Oyun Günü ərəfəsində təqdim edilir. İdmanda ədalətli oyun və feyr pley prinsipləri ən vacib məsələlərdən biridir. İdman sahəsində ədalətli oyunlar prinsipi vacib məsələlərdən biridir. Çünki ədalətsiz idman idman deyil. Son illərdə beynəlxalq Olimpiya Hərəkatında "Təhlükəsiz idman" anlayışı da geniş yayılıb. Bu anlayış idmançıların hüquqlarının qorunmasına, onların zədələrdən və ədalətsizlikdən müdafiəsinə xidmət edir. Bundan əlavə, ədalətli oyunda hakimliyin rolu da böyükdür. Hakimliyin obyektiv və ədalətli olması son dərəcə vacibdir. Bütün bunlar saf idmanın insanlığa xidmət etməsinə yönəlmiş amillərdir. İdmanın gözəlliyi də məhz onun ədalətindədir. Hər kəsi Dünya Ədalətli Oyun Günü münasibətilə təbrik edirəm".

Sonra Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsi üzvlərinin və Azərbaycan idmançılarının ədalətli oyun prinsiplərinə dair fikirlərini əks etdirən videoçarx təqdim edilib.

Ardınca çıxış edən Xəzər İsayev qeyd edib ki, MOK-un Ədalətli Oyunlar Komissiyası 1998-ci ildə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu günə qədər Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə sıx əməkdaşlıq edir:

"Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar Komissiyaları ilə birgə işlər görürük. Artıq hər kəs Azərbaycanda idmanın ədalətlə idarə olunduğunun şahidi olub. Bu gün komissiya Avropa Ədalətli Oyunlar hərəkatında öz mövqeyini tutub. Beynəlxalq qurumun sonuncu İcraiyyə Komtitəsinin iclasında texniki komissiyanın Avropa üzrə rəhbəri vəzifəsinə Azərbaycan nümayəndəsi Aysel Sultanovanın təyin olunması da bunun bariz nümunəsidir".

Tədbirdə çıxış edən millət vəkilləri Könül Nurullayeva və Eyvaz Qurbanov isə Ədalətli Oyun Gününün mahiyyətini vurğulayaraq, idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.

"Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi" nominasiyası üzrə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov, "Ədalətli oyun prinsiplərinə sadiq idmançı" nominasiyası üzrə ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva, "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi" nominasiyası üzrə güləş məşqçisi Cəbrayıl Həsənov, "Ədalətli oyun prinsiplərinə sadiq hakim" nominasiyası üzrə Avropa kubokları və Avropa çempionatlarında hakimlik etmiş voleybol hakimi Fuad Ağayev, "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı" nominasiyası üzrə isə ATV telekanalının əməkdaşı Sənan Şəfizadə mükafata layiq görülüblər.

Qaliblər Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, eləcə də MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən edilib.

Komissiya tərəfindən həmçinin "25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə" Olimpiya dünyası qəzetinə xüsusi mükafat təqdim olunub. Ardınca qəzetin 25 illik fəaliyyəti və feyr pley dəyərlərinin təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə həmçinin AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplomu, eləcə də Paris-2024 Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedova Avropa Ədalətli Oyunlar Hərəkatının "Ədalətli Oyun ruhu" mükafatı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkilləri Eyvaz Qurbanov və Könül Nurullayeva tərəfindən təqdim edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 19 may dünyada "Dünya Ədalətli Oyun Günü" kimi qeyd olunur. BMT Baş Assambleyasının 1 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən bu tarix rəsmən elan edilib və idmanda ədalətli oyun prinsiplərinin qlobal səviyyədə təşviqinə həsr olunur. Bu il Dünya Ədalətli Oyun Günü ilə bağlı əsas beynəlxalq mərasim Beynəlxalq Ədalətli Oyunlar Komitəsi və Avropa Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

Son xəbərlər
Konte “Napoli”dən ayrılacaq
Liqa yarışının 2-ci turunun qalibləri bəlli oldu
“Vətəndə çempion olmaq üçün əlimizdən gələni edəcəyik”
Güləşçilərimiz Rusiyadan 2 medalla qayıtdılar
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
ASTF-dən Özbəkistanla Anlaşma Memorandumu
Ədalətli oyun sahəsində fərqlənənlər MOK-da mükafatlandırılıblar
“Sabah”ın baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir”
Braziliya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
“Sabah”ın yeni baş məşqçisi açıqlandı
1-ci Liqada 27-ci turun təyinatları açıqlandı
Final oyununa təyinatlar açıqlandı
Premyer Liqada mövsümün son turu rəqəmlərin gözü ilə
Kamavinqanın “Real”dakı gələcəyi necə olacaq?
Premyer Liqada mövsümün gənci
İnzaqi mövsümün sonunda “Əl-Hilal”ı tərk edəcək
“Arsenal”ın hücumçusu “Barselona”ya keçə bilər
Stolüstü tennisçilər Özbəkistanda daha bir beynəlxalq turnirə qatılıblar
Günün oyunları – TV
PSJ cinah hücumçusunu sata bilər
Florentino Peres “Real”da “ömürlük” qalmaq niyyətindədir
“Napoli” baş məşqçi vəzifəsinə üç namizədi baxışdan keçirir
Əvəzedicilərin yarışında sonuncu turun oyun cədvəli açıqlandı
“Arsenal”dan növbəti qələbə
Tovuz stadionu təmirə bağlandı
“Çelsi” hücumçusu ilə bağlı yekun qərara gəldi
“Şamaxı”nın futbolçusu əməliyyat olunub
“Mançester Siti” “İnter”in trnasfer hədəfinə göz dikdi
Liqa yarışının 3-cü turu keçiriləcək
Qapıçısı PSJ-ni tərk edə bilər
DAHA ÇOX

Ən çox oxunanlar