Dünya futbolu
İnzaqi mövsümün sonunda “Əl-Hilal”ı tərk edəcək

19.05.2026 | 11:20
"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı çempionatında 2025/2026 mövsümünün son oyunundan sonra komandanı tərk edəcək.
Sports.az xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssisin gedişinə klub sahibinin dəyişməsi və yayda komandaya cəlb edilən bahalı transferlərin ümidləri doğrultmaması səbəb olub.
İtaliyalı baş məşqçinin istefası, demək olar ki, dəqiqləşib. S.İnzaqinin 2025-ci ilin iyunundan rəhbərlik etdiyi komanda meydana çıxdığı 51 matçda 37 qələbə qazanıb, 12 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Əl-Hilal" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Zirvədə 33 oyunda 83 xalı olan "Əl-Nəsr" qərarlaşıb. Çempionatın başa çatmasına cəmi bir tur qalıb.
Son xəbərlər





























