Dünya futbolu
Peres prezidentlik üçün namizədliyini rəsmən irəli sürdü

23.05.2026 | 16:30
“Real”ın rəhbəri Florentino Peres rəsmi olaraq növbəti prezident seçkiləri üçün namizədliyini irəli sürüb.
Sports.az xəbər verir ki, Peresin adından çıxış edən Eduardo Fernandes de Blas seçki komissiyasına lazımi sənədləri təqdim edib. Komissiya sənədləri araşdırdıqdan sonra Peresin namizədliyini yekdilliklə təsdiqləyib.
79 yaşlı funksioner üçün bank zəmanəti tələb olunmayıb.
Peres 2009-cu ildən bəri “Real”a rəhbərlik edir. O, bundan əvvəl də 2000–2006-cı illər arasında klubun prezidenti olub və “kral klubu”nun müasir dövrdə ən uğurlu mərhələlərindən birinin əsas simalarından sayılır.
Son xəbərlər





























