Dünya futbolu
MY yeni yarımmüdafiəçisini satın almağa yaxındır

23.05.2026 | 17:00
“Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyə yaxındır.
Sports.az xəbər verir ki, söhbət, “Atalanta”nın braziliyalı yarımmüdafiəçisi Edersondan gedir.
Bildirilir ki, klublar ümumi məsələlərdə razılığa gəliblər, danışıqlar uğurla davam edir, qarşıdakı həftələrdə isə təfərrüat həllini tapacaq. Keçidin İngiltərə nəhənginə 45 milyon avro məbləğ müqabilində başa gələcəyi vurğulanır.
Son xəbərlər





























