Karius "Nyukasl"ı tərk edəcək

"Nyukasl"la müqaviləsi cari mövsümün sonuna qədər davam edəcək, "sağsağanlar"ın qapıçısı Loris Karius klubla müqaviləsini yeniləməyəcək və müqavilə müddəti bitdikdən sonra komandadan ayrılacaq.

Sports.az xəbər verir ki, ingilis klubu Kariusun əvəzində komandanın digər qapıçısı Mark Gillespi ilə müqaviləsinin müddətini daha bir il - 2024/2025 mövsümünün sonuna qədər uzatmaq seçimini artıq fəallaşdırıb.

"Nyukasl"ın Kariusdan ayrılmaq istəyini nə ilə əsaslandırması haqda məlumat isə verilmir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar