“Barselona” Feliks və Kanselo ilə bağlı seçimlərindən daşındı

"Barselona" rəhbərliyi "Mançester Siti"dən icarəyə götürülmüş sağ cinah müdafiəçisi Joao Kanselonu və Madrid "Atletiko"sundan icarəyə götürülmüş vinger Joao Feliksi artıq, klubda saxlamaq üçün səy göstərməyəcəyinə qərar verib.

Sports.az xəbər verir ki, Kataloniya klubu bu portuqal futbolçularla yalnız iqtisadi baxımdan məqsədəuyğun olarsa, müqavilə imzalayacaq.

Eyni zamanda, "Barselona"nın Feliksdən çox Kanselonu klubda saxlamaq istədiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar