PSJ Lamin Yamaldan əlini üzə bilər

"Barselona"nın vingeri Lamin Yamalın maraqlarını təmsil edən agenti Jorje Mendeş PSJ rəhbərliyi ilə görüş keçirib və Fransa nəhənginin 200 milyon avro məbləğ ödəməyə hazır olmasına rəğmən, Kataloniya klubunun 16 yaşlı istedadını satmayacağını bildirib.

Sports.az xəbər verir ki, "blauqrana" heç bir pul müqabilində Yamaldan ayrılmaq niyyətində deyil.

"Barselona" 16 yaşlı futbolçunun Kataloniya klubunun gələcəyi olduğuna inanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar