Kvaratsxeliyanın "Barselona"ya transferi mümkündür

"Barselona" "Napoli"nin vingeri Xviça Kvaratsxeliyanın transferində maraqlıdır.

Sports.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xavinin getmək qərarında dəyişiklik edərək, klubda qalması gürcü futbolçunun transfer imkanını artırıb.

Xavi "Kvara"nın pərəstişlarıdır və onu "blauqrana"nın heyətində görmək istəyir. Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli gələn həftə "Napoli"nin prezidenti Aurelio De Laurentislə görüşərək müştərisinin müqaviləsini müzakirə edəcək. Vurğulanır ki, Cuqeli yəqin ki, prezidentə Kvaratsxeliyanın komandanı tərk etmək niyyəti barədə məlumat verəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar