Mbappenin “Real”dakı mümkün maaşı məlum oldu

PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe qarşıdakı yay transfer pəncərəsində Fransa nəhənginin düşərgəsini tərk edəcək.

Sports.az xəbər verir ki, Mbappe "Real"a keçmək üçün maaşının azaldılmasına razılaşıb.

Frasalı ulduz "Real"a xidməti müqabilində 15 milyon avro məbləğində xalis qazanc əldə edəcək.

Bundan əlavə, Mbappe sima hüquqlarının 80%-nə sahib olacaq, bunun sayəsində onun gəliri demək olar ki, iki dəfə arta bilər.

Vurğulayaq ki, daha əvvəl Mbappenin "Real"la artıq, müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar