Konte “Napoli”ni çalışdırmağa razılaşdı

"İnter"in və İtaliya yığmasının sabiq çalışdırıcısı Antonio Konte "Napoli"ni çalışdırmağa hazırdır.

Sports.az xəbər verir ki, 54 yaşlı italyan mütəxəssis Neapol klubu ilə illik 6,5 milyon avro məbləğində maaşla 3 illik müqavilə imzalamağa hazırdır.

Konte həm də "Napoli"nin transfer siyasətini qəbul etməyə hazırdır - az sayda, amma məqsədyönlü transferlər. İtalyan məşqçinin fikrinə görə, "Napoli"nin sadəcə ruhlandırılmağa ehtiyacı olan böyük heyəti var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar