İbrahimoviç “Milan”ın yeni baş məşqçi seçimində əsas rol oynayacaq

İsveçli keçmiş hücumçu, hazırda isə “Milan”ın baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq.

Sports.az xəbər verir ki, daha əvvəl mətbuatda “İbra”nın Antonio Konteni baş məşqçi vəzifəsinə dəvət etməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

“Milan” rəhbərliyi isə “Bolonya”nın çalışdırıcısı Tiaqu Mottanı ən yaxşı namizəd hesab edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar