Co Koul Poçettinonun “Çelsi”dəki işini şərh etdi

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Co Koul “Çelsi”nin baş məşqçisi Maurisio Poçettinonun London komandasındakı işi ilə bağlı fikirlərini paylaşıb.

Sports.az xatırladır ki, argentinalı mütəxəssis 2023-cü ilin may ayından “zadəganlar”ı çalışdırır.

“Mən onun dünya futbolunda ən çətin işi olduğunu düşünürəm. Ancaq klub və məşqçi tab gətirməlidirlər: məşqçini dəyişmək həll yolu deyil. Bu gün “Çelsi” bir çox nəhənglərdən geri qalır, amma hər şey çox tez dəyişə bilər. Komandanın vəziyyəti düzəldə biləcəyini və indi bunu etməyə başlayacağını əminliklə söyləmək üçün kifayət qədər məqam görmüşəm. “Çelsi”nin şübhəsiz ki, daha yaxşı olacağı növbəti mövsümdən əvvəl baş məşqçiyə dəstək olmalıyıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar