Yığmamızın rəqibi Misir millisi ilə bacarmadı

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Kamerun yığmasının Panama ilə heç-heçə etdiyi gündə Serbiya millisi Bəhreyn üzərində darmadağına sevinib.

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığması isə DÇ-2022 öncə Misir komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda misirlilər qələbə qazanan tərəf olub. Mustafa Məhəmməd (33) və Trezeqenin (46) vurduğu qollarla məğlub duruma düşən Avropa təmsilçisi, 76-cı dəqiqədə Luis Opendanın vurduğu təsəlli qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Yoxlama oyunları
18 noyabr

Sent Lusiya – San Marino 1:1

Kamerun – Panama 1:1

Belçika – Misir 1:2

Bəhreyn – Serbiya 1:5

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar