Nicat Abasov Avropa çempionatında liderliyi ələ keçirib

Nicat Abasov Avropa çempionatında liderliyi ələ keçirib

Azərbaycan şahmatçısı Nicat Abasov Polşanın Katovitse şəhərində təşkil edilən şəxsi Avropa çempionatında liderliyə yüksəlib.

Sports.az xəbər verir ki, qrossmeyster IX turdan sonra birinci pillədə qərarlaşıb.

N.Abasov hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edib. Aydın Süleymanlı ispan David Qiharro ilə ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Qiharro 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.

Bu gün baş tutacaq X tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Qiharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.

Qeyd edək ki, Avropa çempionatında ilk "20-lik"də qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

Son xəbərlər
Desayi “Çelsi”nin əsas fəsadı ilə bağlı söhbət açdı
“Qarabağ” azarkeşlərə müraciət etdi
Messi bu klubun sahibi oldu
“Milan” Bennaserlə bağlı qayğılıdır
Lənkəranda UEFA C kursu keçirilib
Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində
AFFA-dan maliyyə menecerləri üçün seminar
Nicat Abasov Avropa çempionatında liderliyi ələ keçirib
Millimiz seçmə mərhələdə üçüncü oyununa çıxır
1/4 finalın növbəti iki oyunu keçiriləcək
Günün oyunları – TV
Baş məşqçisi “Milan”ı tərk edə bilər
AÇ: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
İtalyano “Napoli”ni çalışdıra bilər
“İnter” “Sassuolo” müdafiəçisini almağa hazırlaşır
Sançoya əsas iddiaçı məlum oldu
“Bornmut” yeni baş məşqçi axtarır
“İnter” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Mançester Siti” ayrılığı rəsmən açıqladı
42 yaşında karyerasını bitirdi
“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Neftçi”yə qarşı
İspanlar mübarizəni dayandırdı, İngiltərə klubları yarımfinala çıxdı
Konfrans Liqası: “Maynts”la “Fiorentina” dayandı, “Şaxtyor” yarımfinala çıxdı
“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi
“Liverpul”da ciddi itki
Avropa çempionatının ilk günündə iki bürünc medal
“Napoli” Kasado ilə maraqlanır
“Neftçi” NTD-yə qalib gəldi
“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya
“Barselona” və “Milan” oyunçu mübadiləsi həyata keçirə bilərlər
DAHA ÇOX

Ən çox oxunanlar