Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur

Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

Sports.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) güləşəcək.

Cəbrayıl Hacıyev bürünc medal görüşünə çıxacaq. 79 kq çəki dərəcəsində yarışan təmsilçimiz Rasul Şapiyev (Şimali Makedoniya)/Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Son xəbərlər
“İmişli” “Sumqayıt”a qarşı - YENİLƏNİR
Flikdən zədəli Yamal haqda açıqlama
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç
Mbappe sıradan çıxıb
“Yaxşı komanda olacağımıza ümid edirəm” – Millimizin üzvü
“Əsas məqsəd “Bakı” və “Kür”ü qabaqlamaqdır”
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
“Futbolçularımız çox istəklidirlər” – Millimizin baş məşqçisi
Sərxan Hacıyev: “Dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik”
U-20 millimiz Qəbələdə hazırlıqlarını davam etdirir
Azərbaycanın 4 boksçusu Dünya kubokunun yarımfinalında
Yarımfinalın ikinci oyunlarına start verilir
Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Yamal ən yaxşı seçildi
Günün oyunları – TV
“Çempion olmaq istəyirdim” - Jalə Əliyeva
“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı
“Real” yenə xal itirdi
“Nottingem Forest” 3 xalı 5 qolla qazandı
İlk oyunda məhsuldar heç-heçə
“Napoli”dən darmadağın
“Leypsiq”dən inamlı qələbə
“Başakşəhər”dən darmadağın
Əliyeva Avropa üçüncüsü oldu
“Şəmkir” rəhbərliyi Futbolun İnkişaf Fondunun kollektivi ilə görüşdü
Goranboyda məşqçilər üçün dan seminarı keçirilib
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
Vinisiusu təhqir etdiyinə görə 6 oyunluq cəzalandırıldı
Bazarqanov Avropa çempionatında finala yüksəldi
Şəkidə UEFA C kursu keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar