Millimiz 6-cı dəfə Avropa çempionu oldu

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

Sports.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 

3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Son xəbərlər
“Vilyarreal”dan çətin qələbə
“İnter”dən xal itkisi, “Milan”la “Yuventus”dan heç-heçə
“Lill”ə bir qol bəs etdi
Millimiz 6-cı dəfə Avropa çempionu oldu
AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal
Derbidə “Qalatasaray” sevindi
“Borussiya”dan darmadağın
İngiltərə kubokunda finalçılar bəlli oldu
Azərbaycan derbisində 6 qol - VİDEO
“Qarabağ”ın səviyyəsinə çatmaq asan deyil” - Vernidub
"Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq" - Qurban Qurbanov
“Şamaxı”dan inamlı qələbə, “Qarabağ”dan darmadağın
Cəfərovdan dünya kubokunda qızıl medal
“Kəpəz” “Şamaxı”ya belə uduzdu - VİDEO
“Dinamo”dan darmadağın
Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
“Qarabağ”ın futbolçunun atası vəfat edib
“Rəhbərliyin dəstəyini hiss edirəm” - Azər Bağırov
“Çempionata rəng qata bilmişik” - Ayxan Abbasov
“Real”ın əsas namizədi
Millimizn futbolçusu Qazaxıstan klubu ilə anlaşdı
Freyzer “Sabah”la final oyunlarını buraxa bilər
İkinci finalçı da bəlli oldu
“Bu, mənim üçün çox prinsipial görüş idi”
Nəriman ehtiyatda qaldı, komandası…
“Prezident Kuboku” öncəsi Ağdərə sakinləri ilə görüş keçirilib
Asiya Çempionlar Liqasının qalibi bilindi
Vüsal oynadı, komandası səfərdə uduzdu
“Arsenal”dan Premyer Liqada yeni rekord
Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçdi
DAHA ÇOX

Ən çox oxunanlar