AGF-də yeni komitə təsis edildi

AGF-də yeni komitə təsis edildi

Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.

Sports.az xəbər verir ki, AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə 5 nəfər üzvdən ibarət tərkibdə formalaşdırılan Etika və İntizam Komitəsinin (Komitə) ilk iclası keçirilib.

İclasda Komitənin sədri Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un İdman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri), Firdovsi Umudov (Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Komitənin katibi), eləcə də AGF-nin Baş Katibi Pərvin Piriyev iştirak edib.

İclasda AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş Etika Məcəlləsi, Komitənin Əsasnaməsi və İntizam və Mübahisələrin Həlli Qaydaları müzakirə edilib, həmin daxili sənədlərin tətbiqiylə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Komitənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Məlumat üçün qeyd edirik ki, 4 illik müddətə seçilmiş Komitənin əsas vəzifələri qeyri-etik davranışların qiymətləndirilməsi, preventiv tədbirlərin təşkili, maarifləndirici təşəbbüslərin reallaşdırılması, ədalətli oyun (Fair Play) və etik prinsiplərə nəzarət, “Safeguarding” (şəxsiyyətin qorunması) məsələlərinə nəzarət, sanksiyalar barədə qərarların qəbul edilməsindən ibarətdir.

Son xəbərlər
“İnter” kuboku da qazandı
“Mançester Siti”dən darmadağın
AGF-də yeni komitə təsis edildi
“Sabah”dan finalda əzmkar qələbə - VİDEO
AFFA prezidenti “Sabah”ı təbrik etdi
Xədicə Qurbanzadə Avropa çempionatının finalında
Əli Cavadlı Avropa çempionu oldu
PSJ argentinalı hücumçu müqabilində nəhəng xərc çəkə bilər
“Mövsüm bizim üçün inanılmaz keçdi” – Dambrauskas
"Titul qazanmaq üçün çox şey lazımdır” – Rəşad Sadıqov
Xəlilovdan AÇ-də gümüş medal
“Sabah”dan “qızıl dubl”
“Real” gələcək baş məşqçisi ilə bağlı qərar verdi
Azərbaycan karateçilərindən AÇ-də 6 medal
“Neftçi” növbəti dəfə Azərbaycan çempionu oldu
Mareska iddialı açıqlaması ilə gündəmə gəldi
DÇ öncəsi millinin beş futbolçusuna viza şoku
“Barselona”nın müdafiəçisi geri döndü
AFFA “Futbol Təhsili Vebinarları” təşəbbüsünə start verib
“Vest Hem”in kapitanının gələcəyi qeyri-müyyən olaraq qalır
Azərbaycan yığması Türkiyədə 2 yoxlama oyunu keçirəcək
21 il sonra yenidən Çempionlar Liqasında
Girassi uğrunda mübarizə qızışa bilər
Nərimanın illik maaşı açıqlandı
“Qarabağ”ın oyunu üçün biletlər satışa çıxarılır
Karrik Raşfordla bağlı qərar qəbul etdi
Final və 3-cü yer uğrunda oyunun yeri müəyyənləşdi
“Bakı–Xankəndi” yarışının iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcək”
“Aston Villa” “Arsenal”ın oyunçusu ilə maraqlanır
Bakıda keçiriləcək beynəlxalq turnir üçün müzakirələr aparılıb
DAHA ÇOX

Ən çox oxunanlar