Əli Cavadlı Avropa çempionu oldu

Əli Cavadlı Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Əli Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Əli Avropa çempionu olub.

Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub – 0:8.

Zöhrab Səfərov isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa üçüncüsü olub.

Son xəbərlər
AGF-də yeni komitə təsis edildi
“Sabah”dan finalda əzmkar qələbə - VİDEO
AFFA prezidenti “Sabah”ı təbrik etdi
Xədicə Qurbanzadə Avropa çempionatının finalında
Əli Cavadlı Avropa çempionu oldu
PSJ argentinalı hücumçu müqabilində nəhəng xərc çəkə bilər
“Mövsüm bizim üçün inanılmaz keçdi” – Dambrauskas
"Titul qazanmaq üçün çox şey lazımdır” – Rəşad Sadıqov
Xəlilovdan AÇ-də gümüş medal
“Sabah”dan “qızıl dubl”
“Real” gələcək baş məşqçisi ilə bağlı qərar verdi
Azərbaycan karateçilərindən AÇ-də 6 medal
“Neftçi” növbəti dəfə Azərbaycan çempionu oldu
Mareska iddialı açıqlaması ilə gündəmə gəldi
DÇ öncəsi millinin beş futbolçusuna viza şoku
“Barselona”nın müdafiəçisi geri döndü
AFFA “Futbol Təhsili Vebinarları” təşəbbüsünə start verib
“Vest Hem”in kapitanının gələcəyi qeyri-müyyən olaraq qalır
Azərbaycan yığması Türkiyədə 2 yoxlama oyunu keçirəcək
21 il sonra yenidən Çempionlar Liqasında
Girassi uğrunda mübarizə qızışa bilər
Nərimanın illik maaşı açıqlandı
“Qarabağ”ın oyunu üçün biletlər satışa çıxarılır
Karrik Raşfordla bağlı qərar qəbul etdi
Final və 3-cü yer uğrunda oyunun yeri müəyyənləşdi
“Bakı–Xankəndi” yarışının iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcək”
“Aston Villa” “Arsenal”ın oyunçusu ilə maraqlanır
Bakıda keçiriləcək beynəlxalq turnir üçün müzakirələr aparılıb
“Azərbaycanı çox sevdim” - Manenti
Darvin Nunyes Avropa futboluna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar