Dünya futbolu
Girassi uğrunda mübarizə qızışa bilər

13.05.2026 | 19:00
Dortmund “Borussiya”sının 30 yaşlı qvineyalı mərkəz hücumçusu Seru Girassi yayda “eşşəkarıları”nın düşərəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, futbolçunun müqaviləsində 50 milyon avro məbləğində ödəniş müqabilində sərbəstqalma haqda maddə nəzərdə tutulub.
Amma vurğulanır ki, müvafiq maddəni ancaq 7 klub fəallaşdıra bilər: “Barselona”, “Real”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted", “Mançester Siti” və “Arsenal”.
Girassinin həmçinin “Tottenhem”, “Fənərbağça” və “Milan”ın maraq dairəsində olduğu bildirilir.
Son xəbərlər




























