\"Asan olmayacaq\" - \"Bayer\"in futbolçusu

"Sabahkı matçın çətin olacağını düşünürəm. "Qarabağ"la qrup oyunlarımız da asan keçməmişdi. Rəqibimiz yaxşı komandadır".

Sports.az xəbər verir ki, bu sözləri “Bayer”in futbolçusu Robert Andrix UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”la Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

 

 

Almaniyalı yarımmüdafiəçi ilk oyunun Bakıdan keçirilməsinin ürəyincə olduğunu bildirib: "Birinci səfərdə oynamağı üstün tuturam. Düzdür, səfər qolları qaydası artıq mövcud deyil, amma mən istərdim ki, növbəti mərhələyə vəsiqəni evdə qazanaq”.

R.Andrix qrup mərhələsində də "Qarabağ"la qarşılaşdıqlarını xatırladıb və Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Qrup mərhələsində Bakıda bizi nəyin gözləyə biləcəyini gördük. Orada 1:0 hesabı ilə qalib gəldik, lakin bu, asan oyun olmadı. Onlar hücumda güclüdürlər. Ona görə də bu oyun insanların düşündüyü qədər asan olmayacaq. Rəqib topla yaxşı oynamağı bacarır, ağıllı futbol oynayırlar".

"Bayer"in futbolçusu uzun səfərin onlara problem yaratmayacağını düşünür: "Qrup mərhələsinin oyununda proqramımızı Almaniya saatına görə qurduq və indi də belə edəcəyik. Bu mənada bir problem olacağını gözləmirəm".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar