Dünya futbolu
“Bayern” Komanın yaxın gələcəyi ilə bağlı qərar verdi
20.12.2024 | 12:00
“Bayern” komandanın fransalı cinah hücumçusu Kinqsli Komanın yaxın gələcəyi ilə bağlı qərar verib.
Sports.az xəbər verir ki, klub rəhbərliyi qarşıdakı qış transfer pəncərəsində fransalı futbolçu ilə ayrılmamaq qərarına gəlib.
“Bayern”, Komanı mövsümün sonuna qədər komandanın düşərgəsində saxlamağa qərarlıdır, çünki rəhrərlik futbolçunun, qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyə qadir olduğunu düşünür.
Komanla bağlı vəziyyətə gələn ilin yayında yenidən baxılacağı vurğulanır.