Şahmatçılarımız üçün Astana sınağı

Şahmatçılarımız üçün Astana sınağı

Azərbaycan təmsilçiləri Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionatda iştirak edəcəklər.

Sports.az xəbər verir ki, mayın 14-dən 17-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək.

Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq.

Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnirdə eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək.

Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.

Son xəbərlər
“Atletiko”nun müdafiəçisi mövsümü erkən bitirdi
Alissonun “Yuventus”a keçə biləcəyi şərt məlum oldu
La Liqanı tərk edəcək ilk komanda bilindi
Günün oyunları – TV
MS müdafiəçisini “İnter”ə buraxmayacaq
Şahmatçılarımız üçün Astana sınağı
“Sabah” və “Zirə” 31-ci dəfə üz-üzə gələcək
“Milan”ın baş məşqçisi vəzifəsinə iki namizəd var
Spalletti Vlahoviçlə bağlı qərar qəbul etdi
“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır
Alleqri “Atalanta”ya məğlubiyyəti şərh etdi
“Komo” avrokuboklarda mübarizə aparacaq
“Tottenhem” qələbəni əldən verdi
Son oyunda heç-heçə
“Napoli” evdə uduzdu
“Vulverhempton” əsas ulduzunu satmağa hazırdır
ÇL-in final matçının hakimləri açıqlandı
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
Müdafiəçisi “Brayton”dan ayrıla bilər
Ömər və Qurban Avropa çempionatının finalında
“Bayern” müdaifəçisi ilə müqaviləsini yeniləməyə yaxındır
Zeynalovdan AÇ-də gümüş medal
“Çelsi” yarımmüdafiəçisi ilə bağlı qərar qəbul etdi
“Bakı–Xankəndi” velosiped yarışına maraq yüksək səviyyədədir”
“Milan” ulduzunu satmağa hazırdır
“Xəzər” Türkiyədə 8-ci oldu
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
Müdafiəçisi “Roma”dan ayırla bilər
“Aston Villa” “Mançester Siti”nin yarımmüdafiəçisi satın almağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar