Qubada beynəlxalq şahmat turnirinə start verildi

Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib.

Sports.az xəbər verir ki, birinci turdan öncə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

9 turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.

Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır. 

Yarışa fevralın 13-də yekun vurulacaq. Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5950 manat təşkil edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar