\"Sabah\"ın yeni baş məşqçisi bilindi - Özəl


Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan "Sabah" nəhayət istədiyi mütəxəssisi tapıb.


Klubdan Sports.az saytına verilən məlumata görə, bu axşam Masazırda "Araz Naxçıvan"ı qəbul edəcək komandanın yeni çalışdırıcısı xorvatiyalı Krunoslav Renduliç olacaq.


50 yaşlı mütəxəssis 2018-ci ildən baş məşqçi kimi işləməyə başlayıb. O, bu müddətdə Xorvatiyanın "İstra 1961", "Şibenik", "Qoritsa", Bosniya və Herseqovinanın "Zrinski" klublarını çalışdırıb.

Murad Musayevin istefasından sonra "Sabah"da baş məşqçi səlahiyətlərini müvəqqəti olaraq İqor Ponomaryov icra edirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar