Premyer Liqaya ilk vəsiqənin sahibi bəlli oldu

İngiltərə Çempionşipində mübarizə aparan "Lester" növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq.

Sports.az xəbər verir ki, bu, ötən gecə KPR - "Lids" görüşündən sonra dəqiqləşib.

"Lids" bu oyunda 0:4 hesabı ilə uduzub. Nəticədə hazırda 94 xalla lider olan "Lester"in mövsümün sonunadək 2-ci pillədən aşağı düşməyəcəyi məlum olub. 

Komanda növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

"Lester" İngiltərə Premyer Liqasının ötən mövsümünün nəticələrinə görə Çempionşipə enmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar