AÇ: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Sports.az xəbər verir ki, yarışın son günü 90 kq çəki dərəcəsində Murad Fətiyev və Elcan Hacıyev tatamı üzrinə çıxacaq.

Zelim Kotsoyev isə 100 kq çəkidə rəqiblərini üstələməyə çalışacaq.

Yarışın ilk günü Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydər isə (73 kq) qızıl medal qazanmaqla dördqat Avropa çempionu tituluna yiyələnib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar