Azərbaycan futbolu
Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb
23.04.2024 | 13:30
AFFA-nın təşkilatçılığı ilə qurumun Təhsil və Reabilitasiya mərkəzində UEFA fitnes məşqçilik kursunun (B kateqoriyası səviyəsində) I mərhələsi başlayıb.
Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək ilkin mərhələnin məşğələləri UEFA-dan dəvət olunan təlimatçı Frits Şmitd, AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimovun iştirakı ilə keçirilir.
Kurs pilot layihədir və fasilələrlə 2024-cü ilin avqustuna qədər davam edəcək.